RU

"Sabah" kapitanla yolları ayırdı - RƏSMİ

“Sabah” Futbol klubu Elvin Camalovla yolları ayırıb.

Teleqraf.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın kapitanı Elvin Camalovla rəsmi olaraq müqaviləyə xitam verib. Futbolçunun ayrılmaqla bağlı müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb.

30 yaşlı yarımmüdafiəçi bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və klubun digər əməkdaşları ilə görüşərək, onlarla sağollaşıb.

Qeyd edək ki, Camalov 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı. Uzun müddət komandamızda kapitanlıq sarğısını daşıyan Elvin, “Sabah”ın heyətində ümumilikdə 113 oyun keçirib.


Müəllif: Röyanə Oğuz
Избранный
5
10
teleqraf.com

10Источники