"Sabahkı oyun çətin olacaq".
İdman.biz xəbər verir ki, bunu Avropa Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində keçiriləcək "Qarabağ" – FCSB (Rumıniya) matçından öncə təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elias Xaralambous deyib.
Kiprli mütəxəssis "Qarabağ"la matça yaxşı hazırladıqları nə deyib: "Əvvəlcə Abdolbari Gozalın vəfatı ilə bağlı "Qarabağ" a başsağlığı vermək istəyirəm. Sabahkı oyuna gəldikdə isə matçın çətin keçəcəyini düşünürəm. Rəqib komandanın baş məşqçisi çox təcrübəlidir. Ola bilər ki, "Qarabağ" la oyun "Mançester Yunayted"lə görüşdən daha çətin keçsin. Biz statistikalara baxsaq, komandamızın yaxşı vəziyyətdə olduğunu deyə bilərik. Sabah əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – FCSB görüşü saat 21:45-də başlayacaq.
Aytac Sahəd
İdman.biz