RU

“Sabah” klubu kapitanı ilə yollarını ayırıb

“Sabah” futbol klubu Elvin Camalovla yollarını ayırıb.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, futbolçunun ayrılmaqla bağlı müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb. Yarımmüdafiəçi bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və digər əməkdaşlarla sağollaşıb.

E.Camalov 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı. Uzun müddət Bakı klubunda kapitanlıq sarğısını daşıyan Azərbaycan millisinin üzvü “bayquşlar”ın heyətində ümumilikdə 113 oyun keçirib.

Избранный
5
9
yeniazerbaycan.com

10Источники