"Qarabağ"ın Avropa macərası artıq başa çatmaq üzrədir.
Bu sözləri News24.az-a açıqlamasında idman jurnalisti Daşqın Əziz "Qarabağ" - FCSB oyunu ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, təmsilçimiz sabah Avroliqada son iki rəqibindən biri ilə qarşılaşacaq.
""Styau" (Buxarest) hazırda nəinki Rumıniyada, Avropada ən yaxşı formada olan komandalardan biridir. Rəqibin heyətində kifayət qədər yaxşı göstəricilərə malik futbolçular var”, - deyə o bildirib.
D.Əziz təmsilçimizin hazırkı vəziyyəti haqda da danışıb.
Ətraflı videodan izləyə bilərsiniz.
Qeyd edək ki, "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Ağa Dadaşzadə