RU

Nəzrinin ölümü ilə bağlı həkim Sənan Mehdiyev həbs olundu

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı saxlanılan lor cərrahla bağlı qərar verilib.

Yenilik.az xəbər verir ki, Nəzrin Mansurlunun ölümündə ittiham olunan cərrah Sənan Mehdiyev barəsində istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.
Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, həkim Sənan Mehdiyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, yanvarın 3-də "Mərcan klinikası"nda cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra Nəzrinin vəziyyəti ağırlaşıb. Koma vəziyyətində xəstəxanaya yerləşdirilən Nəzrin Mansurovanın həyatı xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurova Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

Избранный
4
50
yenilik.az

10Источники