RU

"Beşiktaş" İstanbulda "Atletik"i darmadağın etdi - AVROLİQA

"Beşiktaş" Avropa Liqasında qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, VII turunun qarşılaşmasında "ağ-qaralar" doğma meydanda İspaniyadan "Atletik"ə (Bilbao) 4:1 hesabı ilə qalib gəliblər.

İstanbul təmsilçisinin heyətində Milot Raşiça (17, 60), Rafa Silva (77) və Joau Mariu (90+2) fərqlənib. Qonaqların heyətində isə Unai Qomes (45) diqqət mərkəzinə düşüb.

Ule Qunnar Solskyaerin baş məşqçisi olduğu kollektiv xallarının sayını 9-a çatdıraraq turnir cədvəlində 18-ci sırada yer alıblar. "Atletik" isə 16 xalla ikinci yerdədir.

Açılış matçında "Qalatasaray" Ukraynadan "Dinamo" (Kiyev) ilə heç-heçə edib - 3:3.

VII turun digər matçları yanvarın 23-də baş tutacaq.

"Beşiktaş" (Türkiyə) – "Atletik" (Bilbao, İspaniya) 4:1

Qollar: Raşika, 17, 60, Silva, 78, Mario, 90+2 - pen. – Qomez, 45

Избранный
15
50
sportinfo.az

10Источники