Türkiyənin Kartalkaya xizək kurortunda 79 nəfərin həyatına son qoyan böyük yanğının baş verdiyi “Grand Kartal” hoteli söküləcək
Viral.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı iqtidar orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, 1978-ci ildə tikilmiş 12 mərtəbəli hotelin sökülməsi barədə qərar Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin mütəxəssisləri tərəfindən aparılmış ekspertizanın nəticələrinə əsasən qəbul edilib.
Son Yazılar:
- Türkiyədə yanğının baş verdiyi hotel SÖKÜLƏCƏK
- Bu şəxslərin DİQQƏTİNƏ! 2000 MANAT VERİLƏCƏK
- Bakıda polisin tapdığı 10 min manat onun imiş…
Nazirliyin ekspertləri binanın əsas konstruksiyalarında ciddi zədələr aşkar edib və onun gələcəkdə istismarının mümkün olmadığı qənaətinə gəliblər.
Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-də gecə baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-də matəm elan edilib.