Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu vilayətində baş verən hotel yanğınında 79 nəfər həyatını itirib.
Modern.az-ın məlumatına görə, həlak olanlar arasında "Türk Hava Yolları" (THY) şirkətinin əməkdaşı Zehra Sena Gültekin və 8 ailə üzvü də olub.
Məlumata görə, Sena Gültəkin məktəb tətili olduğu üçün həyat yoldaşı, 3 uşağı və 9 ailə üzvü ilə Kartalkayaya səfər edib.
Yanğın zamanı Gültəkin alovlar içində anasına zəng edərək halallıq istəyib.
Yanğında Zehra Səna Gültəkin, əri, 4 uşağı və yaxınları həyatını itirib.
Hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində 11 nəfər saxlanılıb.