Bakı. Trend:
Hindistan, Avropa Silahlanma üzrə Kooperativ ƏməkdaşlıqTəşkilatının (OCCAR) idarə etdiyi yeni kəşfiyyat pilotsuz uçuşaparatı (PUA) olan Eurodrone proqramına müşahidəçi qismindəqoşulub.
Trend-inməlumatına görə, bu barədə “Breaking Defence” xəbər verib.
“Müşahidəçi statusu Hindistanın Asiya-Sakit Okean regionundaYaponiyadan sonra ikinci ölkə olaraq proqramda iştirakınıalqışlayır”, - OCCAR açıqlayıb.
Hindistan 2024-cü ilin avqustunda müşahidəçi statusu üçünmüraciət edib və Yaponiya 2023-cü ilin noyabrında bu roldaproqramda yer alıb. Müşahidəçi statusu ilə Hindistan texnikiməlumatlara çıxış əldə edir və hazır məhsullar üçün sifariş verəbilər, lakin dronun dizaynında və ya iş yerlərininbölüşdürülməsində iştirak edə bilməz.
Avropanın orta hündürlükdə, uzunmüddətli pilotsuz uçan aparatproqramının ümumi dəyəri təqribən yeddi milyard avrodəyərləndirilir. 2016-cı ildən başlayan layihəyə Fransa, Almaniya,İtaliya və İspaniya daxildir. Bu proqram Avropanın Amerikanın MQ-9BReaper pilotsuz təyyarələrinə olan asılılığını azaldacaq.