RU

Mağazanın qarşısında ona irad bildirən şəxsi bıçaqladı - CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Asim Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 7 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 18 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.


Belə ki, “Subtropik” çörək zavodunda sürücü işləmiş Asim Məmmədov idarə etdiyi “Ford Transit” markalı avtomobil ilə yolu keçən qadına yol vermədiyi üçün mübahisə edib. Bunu görə zərərçəkmiş Elvin Qafarlı (soyadı şərti) ona haqlı irad tutub. Təqsirləndirilən şəxs isə zərərçəkmişlə mübahisə edib onu nalayiq sözlərlə təhqir edib. Sonra Asim üzərində saxladığı bıçaqla Elvinə xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə zərbə endirərək xəsarət yetirib.


Daha sonra Asim Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. 

Kamal Məmmədov 

Tarix: 23 Yanvar 2025, 08:40   
Избранный
40
3
pravda.az

3Источники