RU

79 nəfərin öldüyü yanğın - Səhlənkarlıq?

Yanvarın 21-də səhər saatlarında dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən yanğında ölən 76 nəfərin şəxsiyyətinin müəyyən edilməsi işləri davam etdirilir.

News24.az xəbər verir ki, indiyədək 56 nəfərin şəxsiyyətini müəyyən edən iş çərçivəsində DNT testləri aparılır.

Bolu Respublika Prokurorluğundan alınan məlumata görə, DNT testləri nəticəsində oteldə baş verən yanğında daha 3 nəfərin həyatını itirdiyi müəyyən edilib.

Bununla da hadisə zamanı həyatını itirənlərin sayı 79-a yüksəlib.

Qeyd edək ki, istintaq çərçivəsində indiyədək aralarında Bolu Bələdiyyəsi Xilasetmə Xidmətinin rəis müavini, Bolu Bələdiyyəsi Xilasetmə Müdiri, iş yeri sahibi, şirkət baş direktoru və otel müdiri də daxil olmaqla ümumilikdə 11 nəfər saxlanılıb.

Yanğın niyə böyüdü?

Otelin böyük hissəsinin Amerika xizək otellərindən nümunə götürülərək taxtadan edildiyi, bir çox bəzək materialının, tavanın və yan divarların da taxta ilə örtüldüyü öyrənilib.

Günel Məlikzadə


Избранный
7
news24.az

1Источники