RU

Yanğın zamanı 12-ci mərtəbədən atılan qız da öldü

Boluda Kartalkaya xizək mərkəzindəki "Grand Kartal" hotelində baş verən yanğın zamanı 12-ci mərtəbədən atılan 25 yaşlı Şevval Şahin ötən gecə müalicə aldığı reanimasiya şöbəsində dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. 

Qeyd olunub ki, Şevval Şahin 1,5 ay əvvəl "Grand Kartal" hotelində ofisiant işləməyə başlayıb. Yanğın zamanı personalın mərtəbəsində qalan Şahin 12-ci mərtəbənin pəncərəsindən tullanaraq ağır yaralanmışdı.

Yanğın zamanı Şevval Bartında yaşaya atası Erdal Şahinə videogörüntü ilə zəng edib. Gənc qız pəncərədən tullanmaq qərarını atası ilə görüntülü danışarkən verib. 

Qeyd edək ki, yanğında ümumilikdə 79 nəfər ölüb, 50 nəfər yaralanıb. 

Ağarza Elçinoğlu

Избранный
2
50
unikal.az

10Источники