RU

MSK sədri: "Adları bülletenə salınan namizədlərin sayı 16 mindən çoxdur"

"Bələdiyyə seçkisinin Azərbaycan ictimaiyyətində xüsusi maraq doğurduğu hiss olunur".

"Cebheinfo.az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, 685 bələdiyyəyə 8071 nəfər üzv seçilməlidir:

"Adları bülletenə salınan namizədlərin sayı 16 mindən çoxdur. 26 siyasi partiyanın 23-ü bu prosesdə fəal iştirak edir. Qeydə alınan 16 mindən çox namizədin yarıdan çoxu siyasi partiyaların nümayəndələridir. Müşahidəçilərin sayı isə 70 min nəfərə yaxındır".

"Cebheinfo.az"

Избранный
15
10
cebheinfo.az

10Источники