RU

Rusiyada Putinin Trampla görüşünə hazırlaşırlar

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Prezident Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüşünə daxili hazırlıqların davam etdiyini bildirib və əlavə edib ki, ABŞ ilə münasibətlərin bərpası üçün kiçik bir ehtimal var.

“Cebheinfo.az” xəbər verir ki, Sergey Ryabkov Rusiya Elmlər Akademiyasının (RAN) nəzdində ABŞ və Kanada İnstitutunda çıxışı zamanı ABŞ-Rusiya münasibətlərini dəyərləndirib.

Ryabkov Donald Trampın yanvarın 20-də ABŞ-da vəzifəyə başlamasından sonra Vaşinqtonla münasibətlərin gözlənilməz olacağını deyib:

"Yeni administrasiyanın razılıq səviyyəsi barədə nəsə demək çətindir. Bununla belə, hər mənada heç bir ümid verməyən Ağ Evin əvvəlki sahibi ABŞ-nin keçmiş prezidenti Cozef Baydenlə müqayisədə bu gün ABŞ ilə münasibətləri bərpa etmək üçün kiçik bir ehtimal var. Buna görə də kiminlə və nə edəcəyini, Vaşinqtonla necə yaxşı münasibətlər quracağını, imkanları necə artıracağını və riskləri necə azaltacağını anlamaq vacibdir”.

Putin və Tramp arasında görüşlə bağlı hələlik razılığın əldə olunmadığını deyən Ryabkov əlavə edib ki, bunun üçün daxili hazırlıqlar davam edir:

“Vaşinqtondan daha aydın və qəti bir şey eşidəndə təqvim və təşkilatla bağlı məsələləri koordinasiya etməyə başlayacağıq".

Ryabkov Rusiyanın ABŞ-yə təyin etdiyi səfir üçün hələ də Vaşinqtondan razılıq almadıqlarını vurğulayaraq, təsdiq gözlədiklərini bildirib.

Избранный
5
50
cebheinfo.az

10Источники