ABŞ Konqresi müxtəlif cinayətlərdə, o cümlədən quldurluq və oğurluqda iştirak edən qeyri-qanuni mühacirlərin həbsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
News24.az xəbər verir ki, qeyri-qanuni mühacir tərəfindən öldürülən amerikalı tələbə Raylinin adını daşıyan “Laken Rayli Aktı” kimi tanınan sənəd Senatda qəbul edilib və sonra ABŞ Nümayəndələr Palatasında səsə qoyulub. Qanun layihəsi lehinə 263, əleyhinə 156 səslə təsdiq edilib.
Qeyd edək ki, respublikaçıların hazırladığı sənədi 46 demokrat müdafiə edib.
İki gün əvvəl Senatdan keçən qanun layihəsi Nümayəndələr Palatasının təsdiqindən sonra Ağ Evə göndərilir. Bu, yeni Konqresin imzalanması üçün ABŞ prezidenti Donald Trampa göndərdiyi ilk qanun layihəsidir.
Bundan əvvəl Tramp seçki kampaniyası zamanı sərhəd təhlükəsizliyinin onun üçün ən vacib məsələ olacağını bildirmişdi.
Qanun layihəsi müxtəlif cinayətlərdə iştirak edən qeyri-qanuni mühacirlərin məhkəmə qərarı olmadan saxlanmasına imkan verdiyi üçün Trampın böyük “hüquqi qələbəsi” hesab edilir.
Meksika sərhədində qeyri-qanuni miqrant axını ilə mübarizə aparacağını vəd edən Trampın qanun layihəsini ən qısa zamanda imzalayacağı gözlənilir.
Meksika ilə sərhəd təhlükəsizliyini təmin etmək üçün Tramp 1500 nəfərə qədər əlavə hərbi kontingentin göndərilməsi ilə bağlı yeni sərəncam imzalayıb.
Aynurə