RU

Həmin hotelin sökülməsinə qərar verildi

Türkiyənin “Kartalkaya” dağ-xizək kurortunda güclü yanğının baş verdiyi “Grand Kartal” hotelinin sökülməsinə qərar verilib.

Apress.az” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilib ki, 1978-ci ildə tikilmiş 12 mərtəbəli hotelin sökülməsi ilə bağlı qərar Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin mütəxəssislərinin apardığı ekspertizanın nəticələrinə əsasən verilib. Onlar binanın əsas konstruksiyalarına ciddi ziyan dəydiyini müəyyən edərək, onun gələcəkdə istismarının mümkün olmadığı qənaətinə gəliblər.

Qeyd edək ki, yanğın nəticəsində 79 nəfər həlak olub.

Избранный
6
6
apress.az

10Источники