Bakı. Trend:
Son bir ildə əlilliyiolan 13 minə yaxın şəxs məşğulluqtədbirlərinə cəlb edilib.
Trendxəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 10,9 min şəxs münasib işlərlə təminedilib. Həmçinin, ötən il əlilliyi olan 1,5 min şəxs özünüməşğulluqproqramına cəlb edilib.
Onlar proqram çərçivəsində mal və materiallarla təmin olunaraqöz kiçik təsərrüfatlarını qurublar.
Agentlik tərəfindən son bir ildə əlilliyi olan 500-ə yaxın şəxsisə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığınacəlb edilib.