Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında otel işçisi Şevval Şahin həyatını xilas etmək üçün özünü 12-ci mərtəbədən aşağı atıb.
Bizim.Media xəbər verir ki, ağır yaralanaraq reanimasiyaya yerləşdirilən gənc qadının həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, Şevval Şahin yanğın zamanı atası ilə video zəng vasitəsilə əlaqə saxlayıb və pəncərədən tullanmaq qərarını onunla danışarkən verib. O, atası ilə telefonla danışdıqdan sonra özünü yanan otelin 12-ci mərtəbəsindən aşağı atıb.
Otelin bufetində ofisiant kimi fəaliyyət göstərən 24 yaşlı Şevval 1,5 ay əvvəl işə başlamışdı.
Xatırladaq ki, dəhşətli yanğında 79 nəfər həyatını itirib. Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya yanğınla bağlı aparılan araşdırmalar nəticəsində 9 nəfərin saxlanıldığını açıqlayıb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта