Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ABŞ prezidenti Donald Trampla telefon danışığında krallığın ABŞ-a 600 milyard dollar sərmayə qoymağı planlaşdırdığını bildirib.

İndex.az xəbər verir ki, Tramp 2017-ci ildə prezident seçildikdən sonra ilk səfərini Səudiyyə Ərəbistanına edərək ABŞ prezidentlərinin ənənəsini dəyişdi.

Belə ki, ABŞ prezidentləri ənənəvi olaraq ilk xarici səfərlərini Böyük Britaniyaya edirdilər.

O, həmçinin administrasiyasının neftlə zəngin körfəz dövlətlərinin dövlət başçıları ilə yaxın əlaqələr qurmasına zəmin yaratdı.

Bunun sayəsində Trampın eyniadlı daşınmaz əmlak şirkəti hazırda neft olan regionlarda sövdələşmələr aparır.

Bir sözlə, Trampın Səudiyyə Ərəbistanına qarşı atdığı bu müsbət addımlar bu gün ABŞ-a 600 milyard dollarlıq yatırım olaraq geri qayıdır.