Rusiyanın Tver vilayətində Federal Təhülkəsizlik Xidmətinin əməkdaşları mütəşəkkil cinayətkar dəstənin üzvlərini saxlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyatda Rusiya Milli Qvardiyasının döyüşçüləri də iştirak edib.
Bildirilib ki, ümumilikdə əməliyyat zamanı Azərbaycan vətəndaşı olan 6 nəfər saxlanılıb.
Onların uzun müddət ərzində markalanmamış tütün və spirtli iççi məhsullarının ticarəti ilə məşğul olduğu qeyd olunub.
Məlumata görə, əməliyyat çərçivəsində müsadirə edilən məhsulların ümumi dəyəri 1 milyon rubl (təqribən 17 000 AZN) olaraq qiymətləndirilir.
Məsələ ilə bağlı cinayət işi başladılıb.
Milli.Az