RU

Atası ilə görüntülü danışa-danışa özünü 12-ci mərtəbədən atdı

Türkiyənin Bolu vilayətinin Kartalkaya bölgəsindəki Grand Kartal otelində baş verən yanğın zamanı 12-ci mərtəbədən atlayan Şevval Şahin müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

AzPost Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bartında yaşayan Şevval Şahin ay yarım  əvvəl Grand Kartal otelində ofisiant işləməyə başlayıb. Oteldə baş verən yanğın zamanı Şahin 12-ci mərtəbənin pəncərəsindən yerə tullanıb. Yaralanan Şevval Şahin Bolu Abant İzzet Baysal Universiteti Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunub. Yanğın zamanı Şevval Şahinin Bartında ticarətlə məşğul olan atası Erdal Şahinə videozəng edib. Atası ilə telefonda görüntülü söhbət edərkən pəncərədən tullanmaq qərarı verib.

Reanimasiya şöbəsində müalicə olunan Şevval Şahini gecə saatlarında həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas etmək mümkün olmayıb. Səhər saatlarında Boludan cənazə maşını ilə Bartın Dəmircilər Məhəlləsindəki ata evinə gətirilən Şevval Şahinin cənazəsi cənazə namazından sonra Halatçıyaması qəbiristanlığında torpağa tapşırılıb.

Избранный
1
2
azpost.info

5Источники