ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində orta məktəbdə atışma olub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Nashville polisindən əldə edilən məlumata görə, 17 yaşlı Solomon Henderson yerli vaxtla saat 11:09-da məktəbin bufetinə gələrək, əlindəki silahla iki şagirdi yaralayıb, sonra isə özünü güllələyib.
Hücum edənin hadisə yerində öldüyü, ağır yaralanan 16 yaşlı tələbə Josselin Corea Escalante isə Vanderbilt Universitetinin Tibb Mərkəzinə aparıldıqdan sonra öldüyü bildirilir.
Hücum zamanı yaralanan daha bir tələbənin ölüm təhlükəsinin olmadığı bildirilib. Hadisə zamanı və ondan sonrakı anlar kameralara düşüb.