RU

TRAMP NƏ İSTƏYİR?!(“Qısa qeydlər” silsiləsindən)

Nəhayət, bütün dünyanın gözlədiyi gün gəldi, Donald Tramp yanvarın 20-sində and içdi və ABŞ prezidenti kimi ilk nitqini söylədi. Trampın nitqində gülməli, ağlamalı, hətta mənalı məqamlar da çox oldu. Ən gülməlisi o idi ki, Tramp Meksika körfəzinin Amerika körfəzi adlandırılmasını təklif edirdi. Ağlamalısı isə, Trampın Rusiya – Ukrayna müharibəsi haqqında bir kəlmə də deməməsi idi. Mənalı məqamlar isə, çox, lap çox idi...

1. Tramp bəyan etdi ki, mən Amerikanın cənub sərhədlərinə qoşun göndərəcəyəm. Meksikadan Amerikaya qanunsuz miqrasiyanın kökü kəsilməlidir və qanunsuz miqrantlar öz ölkəsinə göndərilməlidir. Prezident eyni zamanda, bu gün sərəncam imzalayacağını və bütün narko-kartellərin qanundankənar, beynəlxalq terror təşkilatları elan olunacağını bəyan etdi. Amerikada bütün qanunsuz qruplaşmaların, silahlı dəstələrrin ləğv olunacağının anonsunu verdi.
2. Preziden elan etdi ki, bu gündən Amerikanın qızıl, xalqın xoşbəxt dövrü başlayır. “Biz Amerikada infilyasiyanın cilovlanmasına və hər cür qiymət artımının dayandırılmasına nail olacağıq. Bunun üçün lazımsız xərclər azaldılmalı, xaricdən gətirilər mallara, xüsusilə avtomobillərə gömrük rüsumu artırılmalıdır. Amerikada avtomobil istehsalı yüksəlməlidir, hər bir vətəndaş istədiyi avtomobili sürə bilməlidir. Amerika nəhayət isteklak ölkəsindən istehsal ölkəsinə çevrilməlidir”.
3. Prezident xüsusi olaraq vurğuladı ki, “biz Yaşıl siyasətə son deyirik və Amerikada neft istehsalına təkan veririk. İnfilyasiyanın və bahalaşmanın əsas səbəblərindən biri də neft və qaz qiymətlərinin bütün dünyada yüksək olmasıdır. Amerika dünyanın ən böyük neft ölkəsidir və maye qızıl bizim ayağımızın altından axır. Biz Amerikanın neft ehtiyatlarını istehsal edəcəyik və bütün dünyaya satacağıq”.
4. “Biz Amerikada vətəndaş azadlıqlarını, irqindən, millətindən asılı olmayaraq, hər bir vətəndaşın siyasi, iqtisadi fəaliyyət azadlıqlarını bərpa edəcəyik. Mən siyasi fəaliyyətimə görə çox problemlərlə üzləşmişəm və bunun nə demək olduğunu öz təcrübəmdə yaxşı bilirəm. Mənə qarşı ədalətsiz iddialar qaldırılıb və sui-qəsd cəhdləri olub. Amerikanın azad məhkəmə sistemi işləməlidir və hər bir vətəndaşın qanuni hüquqlarını təmin etməlidir. Biz bunu rəsmən elan edirik və buna nail olacağıq”.
5. “Mən bir məsələni də xüsusi qeyd etmək istəyirəm və rəsmən elan edirəm: Amerkada bundan sonra yalnız 2 cins olacaq: kişi və qadın. Biz başqa bir cins tanımırıq və tanımayacağıq”.
6. “Mən bu gün xüsusi sərəncam imzalayacağam, bizim silahlı qüvvələr bundan sonra siyasi proseslərlə məşğul olmayacaqlar, yalnız Amerikanı və Amerikanın milli maraqlarını qoruyacaqlar. Bizim ordumuz yenə də dünyada ən güclü, ən qüdrətli ordu olacaqdır”.
7. “Mən bir insan, bir prezident kimi ilk növbədə sülh carçısıyam və birlik tərəfdarıyam. Mənim təşəbbüsümlə Yaxın Şərqdə atəşkəs elan olunub, sülh danışıqları başlanıb və dünən girovlar azad olunub. Biz çalışacağıq ki, bu proses davamlı olsun və sülhlə nəticələnsin”.
8. “Xüsusi olaraq, vurğulamaq istəyirəm ki, Panama kanalı üzrə öhdəliklərə əməl olunmur, kanal Cinin nəzarətindədir və Amerika gəmiləri burdan keçmək üçün böyük vergilər ödəyir. Amerika bir vaxtlar bu kanalı Panamanın nəzarətinə vermişdi, amma Çinin nəzarətinə verməmişdi. Odur ki, ədalət bərpa olunmalıdır və Amerika kanalı geri almalıdır”...

Sonda Donald Tramp qeyd etdi ki, Amerikada “Amerika arzusu” həyata keçməlidir. “Mən bu gün prezident kimi sizin qarşınızdayam. Çoxu elə bilirdi ki, mən arzuma çata bilməyəcəyəm, amma mən geri çəkilmədim, işlədim və sizin dəstəyinizlə prezident seçildim. Biz sizinlə əl-ələ verib çalışacağıq ki, hər bir Amerika vətəndaşı arzu etdiyi və layiq olduğu zirvəyə çata bilsin. Bunun üçün biz – hər birimiz işləməliyik, özümüz üçün işləməliyik, Amerika üçün işləməliyik”...

Sonda mən də qeyd edim ki, Amerikanın yeni-köhnə Prezidenti Rusiya – Ukrayna müharibəsi haqqında qəsdən bir kəlmə də demədi, çünki söz verdiyinə baxmayaraq, sülhə nail ola bilməyəcəyini yaxşı bilir. Tramp bu müharibədə müvəqqəti atəşkəsə nail ola bilər, sülh məsələsi isə, Rusiyanın və Ukraynanın işidir...

Qalib ARİF

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
8
3
Demokratikmusavat.com

7Источники