RU

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Bakı. Trend:

Yanvarın 23-də Prezident İlham Əliyev Türkiyə RespublikasınınPrezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Trend xəbərverir ki, dövlətimizin başçısı Türkiyənin Bolu vilayətininKartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğınnəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar TürkiyəRespublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznləbaşsağlığı verib.

O, bu dəhşətli faciədə həlak olanlara Uca Allahdan rəhmətdiləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.

Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar TürkiyəRespublikasının Prezidentinə başsağlığı məktubu göndərdiyini dəqeyd edib.

Türkiyə Prezidenti diqqətə və başsağlığına görə minnətdarlığınıbildirdi və qeyd etdi ki, Türkiyə və Azərbaycan daimbir-birilərinin yanındadırlar, bundan sonra da həmişə beləolacaqdır.

Telefon danışığı əsnasında dövlət başçıları ikitərəflimünasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsiapardılar.

Избранный
11
50
az.trend.az

10Источники