"Vaqner"çilərin qohumları kütləvi şəkildə Krasnodar vilayətində PMC əsgərlərinin anım mərasiminə toplaşıblar.
News24.az publika.az-a istinadla xəbər verir ki, hadisənin videosunu “Unloading Wagner” Telegram kanalı yayıb.
Görüntülərdə onlarla insanın Bakı stansiyasındakı "Vaqner" qəbiristanlığına gül-çiçəklə gəlişi əks olunub. Onlar keşiş tərəfindən xeyir-dua verilən abidənin önünə gül dəstələri qoyublar.
Kanalın açıqlamasına görə, PMC-nin 13-cü hücum dəstəsinin əsgərləri və onların komandiri Sergey Şevçenkonun anım mərasimi keçirilib.
Qeyd edək ki, döyüşçülər 2024-cü ilin yayında Malidə missiyanı yerinə yetirərkən həlak olublar.