RU

Azərbaycan ötən il meyvə-tərəvəz ixracından nə qədər gəlir əldə edib?

2024-cü ildə Azərbaycandan 707 milyon 795 min ABŞ dolları dəyərində 686 min 254 ton meyvə-tərəvəz ixrac edilib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 2.5% və ya 18.1 milyon ABŞ dolları, həcmi isə 5% və ya 35.8 min ton azalıb. 2023-cü ildə Azərbaycan 725 milyon 902 min dollar dəyərində 722 min 78 ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 175,4 milyon ABŞ dolları dəyərində tomat (145.6 min ton) , 128.9 milyon ABŞ dolları dəyərində meşə fındığı (20.2 min ton), 113.7 milyon ABŞ dolları dəyərində xurma (154.3 min ton), 61.9 milyon ABŞ dolları dəyərində alma (97.8 min ton ), 29.8 milyon ABŞ dolları dəyərində nar (33.9 min ton) və 20.5 milyon ABŞ dolları dəyərində kartof (48.2 min ton) olub.

Xatırladaq ki, ötən il meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.67%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21.09%-ə bərabər olub.

Bizim.Media

Избранный
27
50
bizim.media

10Источники