Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb. Yeniavaz.comxəbər verir ki, bu barədə Gununsesi.info-ya iş adamının özü məlumat verib. O, həbsinin səbəbləri barədə danışmayıb. “Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur”, - deyə Ş. Səmədzadə bildirib. Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.