PSJ-nin qapıçısı Canluici Donnarumma klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
QOL.az xəbər verir ki, daha əvvəl "İnter"in italyan qolkiperlə maraqlandığı yazılmışdı. Donnarummanın PSJ ilə sözləşməsi isə 2026-cı ilin yayına qədərdir.
26 yaşlı qapıçı məsələ ilə bağlı açıqlamasına hazırda yalnız PSJ ilə sözləşməni uzatmaq istədiyini deyib:
“Çox söz-söhbət var, amma mənim prioritetim PSJ ilə yeni müqavilə imzalamaqdır. Burada özümü yaxşı hiss edirəm".
Qeyd edək ki, Donnarumma 2021-ci ildən PSJ-də oynayır.