RU

Çempionlar Liqası: gedənlər və qalanlar

Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turuna yekun vurulub.

News24.az qol.az-a istinadla xəbər verir ki, dünən keçirilən matçlardan sonra daha bir neçə komandanın ən azı pley-off mərhələsində oynayacağı qətiləşib.

1/8 finala vəsiqə qazananlar:  

"Liverpul", "Barselona"

Ən azı pley-off mərhələsinə vəsiqə qazananlar (1/8 final və ya pley-off)

“Arsenal”, “Aston Villa”, “Atalanta”, “Atletiko”, “Bavariya”, “Bayer”, “Borussia” D, “Brest”, “İnter”, “Lill”, “Milan”, “Monako”, “Real”, “Seltik”, “Feyenoord”, “Yuventus”.

Mübarizənin başa vuracaq komandalar:

"Bolonya", "Jirona", "Zalsburq", "Leypsiq", "Slovan", "Sparta", "Srvena Zvezda", "Şturm", "Yanq Boyz"

Beləliklə, növbəti mərhələyə yüksələcək 24 komandadan 18-nin adı artıq bəllidir.

Xatırladaq ki, Liqa mərhələsində 1-8-ci yeri tutanlar 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə yüksəlib. 25-36-cı yeri tutanlar avrokuboklarda iştkrakını başa vurur.

7 turdan sonra turnir cədvəli



Избранный
5
42
news24.az

10Источники