RU

Çirkli hava bu ölkədə həyatı iflic edib - FOTO

Taylandın ürəyi olan Banqkok bu günlərdə nəfəs aldığı havanın sağlamlıq təhlükəsi ilə mübarizə aparır. 

"Cebheinfo.az" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi havanın keyfiyyəti limitindən 20 dəfə artıq ölçülən çirkləndiricilər şəhərin gündəlik həyatını faktiki olaraq iflic edib.

Banqkok Böyük Şəhər İdarəsinə (BMA) bağlı 103 məktəb havanın çirklənməsi pik həddə çatdığı üçün dərsləri dayandırmalı olub.

Bu məktəblər 1 gündən 5 günə qədər müddətə bağlı qalacaq. BMA qubernatoru Çadçart Sittipunt məktəb direktorlarına yaşadıqları ərazilərdə havanın keyfiyyətinin şagirdlər üçün risk olub-olmamasına qərar vermək səlahiyyəti verib. 

Bu qərar çevik yanaşmanın qəbul edilməsinə imkan verir, çünki hər bir regionda fərqli hava şəraiti var.

Havanın çirklənməsi təhlükəsi qarşısında səlahiyyətlilər əhalini maska taxmağa və açıq hava fəaliyyətlərindən çəkinməyə çağırıb. 

Çirklənmiş havanın sağlamlığa mənfi təsirlərini nəzərə alsaq, bu tədbirlər həyati əhəmiyyət kəsb edir. Bu xəbərdarlıqlar xüsusilə uşaqlar və yaşlılar kimi həssas qruplar üçün kritik məna daşıyır.

Banqkok əhalisinə qarşı tədbirlər bununla bitmir. İşçilər və müəssisələr cümə gününə qədər evdən işləməyə çağırılıb. 

Bundan əlavə, sabah gecə yarısından etibarən yük maşınlarının paytaxt Banqkokun müəyyən bölgələrinə girişinin qadağan ediləcəyi açıqlanıb. Bu məhdudiyyətlər havanın çirklənməsinin daha da artmasının qarşısını almaq və şəhərdə havanın keyfiyyətini bir az da yaxşılaşdırmaq məqsədilə qəbul edilib.

Избранный
29
4
cebheinfo.az

10Источники