“Şokolad kisti” adlanan endometrioz, qadınlarda şiddətli menstruasiya ağrılarının və digər sağlamlıq problemlərinin səbəbi ola bilər.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, endometrioz zamanı uşaqlıq toxuması çanaq sümüyü boşluğuna və ya digər orqanlara yerləşir, hər menstruasiya dövründə qanaxmaya səbəb olur və nəticədə kistlər yaranır. Bu kistlər içərisindəki toxuma şokolad konsistensiyasına bənzədiyi üçün “şokolad kisti” adlandırılır.
Tədqiqatlara görə, dünyada hər 10 qadından biri endometriozdan əziyyət çəkir. Xəstəlik menstruasiya ağrısı, idrar zamanı, bağırsaq hərəkətlərində və ya cinsi əlaqə zamanı şiddətli ağrılarla özünü göstərə bilər. Erkən diaqnoz olmadıqda, xəstəliyin müəyyən edilməsi orta hesabla 7-10 il çəkə bilər, bu isə qadınların uzun müddət ağrılarla yaşamasına səbəb olur.
Endometrioz sonsuzluq problemlərinə də yol aça bilər. Hormon terapiyası, ağrıları azaltmaq üçün tətbiq edilən əsas müalicə üsuludur, lakin bu metod xəstəliyi tamamilə aradan qaldırmır. Şikayətlər davam edərsə, cərrahi müdaxilə ağrıları azaltmaq və həyat keyfiyyətini artırmaq üçün bir seçim ola bilər.
Mütəxəssislər vurğulayır ki, menstruasiya zamanı həyat keyfiyyətinə təsir edən ağrılar normal deyil və belə hallarda həkimə müraciət etmək vacibdir. Erkən diaqnoz və müalicə qadınların sağlamlığını və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Tərcümə: Könül Oruc