RU

Qəzalarda dövlət əmlakına dəyən zərəri kim ödəməlidir? – EKSPERT AÇIQLADI

Son dövrlərdə ölkədə baş verən yol-nəqliyyat hadisələri nəticəsində avtomobillərin yol kənarındakı obyektlərə, yol nişanlarına, işıqfor və dayanacağa çırpılması ilə bağlı xəbərlər yayılır.

Bu məsələdə sürücüləri narahat edən məqam qızaya səbəb olduqları zaman dövlət əmlakın dəyən zərərin kim tərəfindən, necə ödənməsi ilə bağlıdır.

Qəza zamanı əgər yol nişanları, dayanacaq və ya işıqfor kimi infrastruktur obyektlərinə ziyan dəyərsə, bu ziyanı kim qarşılayır? Bu halda, ziyanın ödənilməsi məsələsində hansı hüquqi və maliyyə məsuliyyətləri mövcuddur?

Həmçinin, əgər qəzanın günahkarı şəxs konkret olaraq bu obyektlərə vurduğu ziyana görə məsuliyyət daşıyırsa, hansı hüquqi prosedurlar izlənməlidir? Həmin obyektlər dövlət və ya yerli bələdiyyələr tərəfindən idarə olunursa, bu halda məsuliyyətin ödənilməsi necə həyata keçirilir?

Mövzu ilə bağlı nəqliyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, yol infrastrukturuna dəymiş zərərin qarşılanması məsuliyyəti hadisənin birbaşa səbəbkarına aiddir:

Taksilərin

“Bu səbəbkar Dövlət Yol Polisi tərəfindən həyata keçirilən müvafiq araşdırmalar əsasında müəyyən edilir. Yol polisinin aparacağı təhqiqat nəticəsində hadisənin necə baş verdiyi və kimlərin məsuliyyət daşıdığı aydınlaşdırılır. Araşdırmalar zamanı hadisənin yaranma şəraiti, iştirakçıların hərəkətləri və yol şərtləri nəzərə alınaraq, zərərin dəf edilməsi üçün cavabdeh şəxsin kim olduğu dəqiq şəkildə müəyyən edilir. Beləliklə, qəza nəticəsində dğvlət əmlakına dəymiş ziyan qanunvericiliyə uyğun olaraq müvafiq şəxslər tərəfindən ödənilir".

Eltac Zülfüqaroğlu

Избранный
5
19
avtosfer.az

10Источники