RU

Güclü qar 10 nəfərin həyatına SON QOYDU

ABŞ-ın cənubunda baş verən qar fırtınası nəticəsində azı 10 nəfər həlak olub.

News24.az 32gun.az-a istinadla xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.

Pis hava şəraiti yolların bağlanmasına, aviareyslərin təxirə salınmasına və məktəblərlə dövlət qurumlarının fəaliyyətinin dayandırılmasına səbəb olub.

Ştatların arasında ən çox təsirlənənlər Luisiana, Alabama və Florida olub. Milli Meteorologiya Xidməti həmçinin bölgədə temperaturun ciddi şəkildə azalacağı barədə xəbərdarlıq edib.

"Şiddətli soyuq siklon Ohayo vadisindən Cənub düzənliklərinə qədər yayıldı," – məlumatda qeyd edilib.


Избранный
7
42
news24.az

10Источники