RU

Serjio Konseysao “Jirona” üzərində qələbəni şərh etdi

“Milan”ın baş məşqçisi Serjio Konseysao UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Jirona” ilə ev oyununu şərh edib.

Arena.az məlumat verir ki, “rossoneri” Çempionlar Liqasının debütantı üzərində 1:0 hesablı qələbə qazanıb.

Serjio Konseysao matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Mən yarış cədvəlindəki mövqeyimizlə hələ öyünmürəm. Ona baxıram və görürəm ki, uşaqlar yaxşı iş görüblər, amma bu, son deyil, qarşıda daha bir oyun qalıb. Biz inkişaf mərhələsindəyik və işləməyə davam etməliyik. Bəzi xüsuslar yaxşı gedir, amma hələ də gərək olan surətdə işləməyən bir çox başqa xüsuslar var. Ən əsası nəticədir: biz oyuna nəzarət edirdik, xüsusən də birinci hissədə daha çox qol vurmağa çalışırdıq, rəqib isə öz növbəsində ikinci qolu buraxmaqdan ehtiyatlanırdı.

Uşaqlar əsl döyüş ruhu nümayiş etdirdilər. Rafael (Rafael Leao, “Milan”ın portuqal sol cinah hücumçusu – redaktorun qeydi) qolu vurdu, amma mən ondan başqa işlər görməsini də xahiş edirəm, təkcə topla deyil: qəbul edir, işləyir və başqalarına nümunə olur. Komanda oyunun müxtəlif anlarında eyni cür düşünməlidir”, – portuqal mütəxəssis “Prime Video” telekanalına müsahiəsində bildirib.

7 oyunda 15 xal toplamış “Milan” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. “Rossoneri” yarışın ələmə mərhələsinə birbaşa vəsiqəni – 1/8 final mərhələsini hədəfləyiblər.

“Jirona” isə 3 xalla 31-ci pillədədir. Kataloniya klubu üçün Çempionlar Liqasında bir iddia qalmayıb.

Избранный
37
17
arena.az

10Источники