İsrail hərbçilərinin İordan çayının qərb sahilindəki Cenin şəhərinə hücumu davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, bu gü keçiriən əməliyyatla 30 yaşlı Kuteybe Şelabi və 25 yaşlı Məhəmməd Nazal hərbçilərin atəşi nəticəsində həyatları ilə vidalaşıb: "Hazırda Ceninin Burkin qəsəbəsində əməliyyat davam edir, yaralılar var"
İsrail Müdafiə naziri Yisrael Katz bəyan edib ki, bugünki əməliyyatla İsrail ordusuna müqavimət göstərən iki fələstinli vurulub: "İsraillərə sıxıntı yaradan hər kəs cəzasını alacaq".
Tahir Şəlvəli
Mia.az