RU

"Mən həyat yoldaşımı sevməmişəm" - Alim Qasımov

"Mən sevmirəm (həyat yoldaşımı) axı. Sevmək ayrı şeydir, müvəqqəti bir şeydir".

News24.az xəbər verir ki, bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı,  Xalq artisti Alim Qasımov deyib.

"7-8-də oxuyanda da, tələbə olanda da sevirsən. Mən savadsız bir adamam, ay elə yaşayım, belə yaşayım, deməmişəm. Mən bu xanımı almışam. Heç o xanım da məni sevməyib, elə sevgilərlə yaşamamışıq. Amma Allaha qurban olum, indi deyirəm ki, xanımı Allah-Təala mənə verib ki, bu adama kömək elə", - deyə o bildirib.

Davamı videoda:

Günel Məlikzadə

Избранный
3
24
news24.az

10Источники