RU

Aİ XİN rəhbərləri Rusiyaya qarşı sanksiyaların uzadılmasını müzakirə edəcəklər

Aİ ölkələrinin XİN rəhbərləri Brüsseldə keçiriləcək görüşdə Rusiyaya qarşı sanksiyaların uzadılmasını müzakirə edəcəklər.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ariana Podesta brifinqdə bildirib.

"Müzakirələr davam edir. Nazirlər bu məsələni bazar ertəsi müzakirə edəcəklər", - o deyib.

Qeyd edək ki, yanvarın 27-də Brüsseldə XİN rəhbərləri səviyyəsində Aİ Şurasının planlaşdırılmış aylıq iclası keçiriləcək.

Избранный
12
18
report.az

10Источники