RU

Korrupsiya xəbərçilərindən qisas almaq mümkün olmayacaq

Korrupsiya ilə əlaqədar məlumat verən işçiyə birbaşa və ya dolayı yolla qisas tətbiq edilə bilməz.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu, "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, korrupsiya ilə əlaqədar məlumat verən işçiyə qisas  məqsədilə tənbeh, işdən çıxarma, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulma və s. tədbirlər tətbiq oluna bilməz.


Telegram kanalımız
Избранный
21
1
yenisabah.az

2Источники