RU

Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) üç kredit ittifaqına icrası məcburi göstəriş verib.

AMB-dən Olaylar.az-a verilən məlumata görə, sözügedən kredit ittifaqları "Stimul", "Total Finans", "Finans" MMC-lərdir.

Belə ki, sözügedən kredit ittifaqlarının hər biri tərəfindən 2024-cü ilin IV rübünə hesabatlar təqdim olunmadığından "Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları"nın 10.3-cü bəndinin tələbi təmin edilməyib.

Bu səbəblə "Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən onlara bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
13
olaylar.az

10Источники