"Türk dünyasının ürəyində atılan bir addım olaraq tarix boyu mövcud olan qardaşlıq bağlarını canlandırmaq üçün Azərbaycan olaraq biz də buradayıq. Turan Dövlətləri Təşkilatı sadəcə bir quruluş deyil, keçmişin mirasını gələcəyə daşıyan, türk millətinin gücünü və potensialını ortaya qoyan bir hərəkatdır."
Bu sözləri BİA.az-a Turan Dövlətləri Təşkilatının Azərbaycan və Naxçıvan üzrə təmsilcisi Arifə xanım Hüseynova deyib.
Arifə xanım bildirib ki, Turan Dövlətləri Təşkilatının məqsədi türk millətinin tarixi irsini yaşatmaq və gücləndirmək, türk dövlətləri arasında sarsılmaz həmrəylik yaratmaqla geosiyasi və iqtisadi gücümüzü artırmaq, mədəni işbirlikləri, təhsil layihələri və ticarət müqavilələri ilə türk dünyasının inkişafını təmin etmək üçün qətiyyətlə hərəkət etməkdir:
"Vəzifəmiz türk dövlətləri arasında güclü həmrəylik və əməkdaşlıq yaratmaqla mədəni, iqtisadi və siyasi sahələrdə təsirli gücə çevrilməkdir. Bu gün biz Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər qardaş ölkələrlə çiyin-çiyinə ümumi məqsədlərimizə doğru irəliləyirik. Məqsədimiz türk millətinin beynəlxalq arenada layiq olduğu yeri tutmasını təmin etmək və ortaq dəyərlərimizi ucaltmaqdır."
Arifə xanım Hüseynova vürgulayıb ki, tariximizdə qazanılan böyük nailiyyətlərin yenidən yaşanması üçün türk millətinin birliyi və həmrəyliyi vacibdir: "Bəli məqsədimiz türk dünyasının birləşərək qlobal gücə çevrilməsidir. Bəli, birlikdə daha güclü gələcək qurmaq, mədəni, iqtisadi və siyasi sahələrdə səmərəli əməkdaşlığı təmin etmək əsas vəzifəmizdir. Türk millətinin bütün potensialını ortaya çıxarmaqda öncülük etmək əzmindəyik. Turan Dövlətləri Təşkilatı sadəcə bir təşkilat deyil, Türk millətinin gələcəyini formalaşdıran, güc birliyi yaradan bir hərəkatdır. Biz gələcəyimizi quran, keçmişimizi şərəfləndirən, türk kimliyini bütün dünyaya tanıdan bir baxışın təmsilçiləriyik.
Birlikdə güclü, birlikdə azad, birlikdə Turan!"
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта