RU

Tüpürdüyünə görə ağır cəzalandı

“Norviç”nin yarımmüdafiəçisi Borxa Sayns yolverilməz hərəkətinə görə ağır cəzalanıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçuya qarşı sanksiyaya çempionşipin ötən il dekabrın 21-də keçirilən 22-ci turunun “Sanderlend”lə oyununda (1:2) baş verən insident səbəb olub. Sayns matç zamanı rəqib həmkarı Kris Mefama tüpürüb. O, buna görə 6 oyunluq cəzalandırılıb və 12 min funt sterlinq cərimələnib.

Qeyd edək ki, Borxa bu mövsüm 26 oyun keçirib və 15 qol vurub.

Избранный
14
football-plus.az

1Источники