Ölkəmizdə fəaliyyət göstərən "qorxu evləri" insanlara əyləncə və həyəcan yaşatmaq üçün nəzərdə tutulub. Lakin, bəzən ziyarətçilərə qarşı zorakılıq halları müşahidə olunur.Metbuat.az APA TV-yə istinadən məlumat verir ki, son günlər döyülmə hadisələri ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilir.Hüquqşünas Ramil Süleymanov bildirib ki, öncədən xəbərdarlıq edilməsinə rəğmən şəxsin sağlamlığına zərər vurulması təsbit olunarsa, qiymətləndirmə hüquq-mühafizə orqanları tərəfindən aparılacaq.Xəsarətin dərəcəsinə görə şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrinə ilə məsuliyyət elan oluna bilər.Ətraflı süjetdə: