RU

Stubb: Finlandiya və İsveç indi NATO-ya üzv ola bilməzdi

Finlandiya və İsveç indi müraciət etsələr, NATO-ya üzv olmaya bilərlər.

NOCOMMENT.az xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib.

“İndi İsveçlə birlikdə NATO-ya üzvlük üçün müraciət etsəydik, onu alacağımıza əmin deyiləm”, – deyə o vurğulayıb.

“Hazırda iki ölkənin alyansa qoşulmaq istəyi təxribat kimi qəbul edilə bilər. Bununla belə, o zaman “hər şey çox tez baş verdi və insanlar anladılar ki, biz təhlükəsizlik istehlakçısı deyil, təhlükəsizlik təminatçısıyıq və alyansın şimal-şərq cinahını gücləndirmək istəyirik” , – Aleksandr Stubb əlavə edib.

Избранный
41
nocomment.az

1Источники