FKSB Avropa Liqasının əsas mərhələsinin "Tofiq Bəhramov"da keçirilən 7-ci tur matçında "Qarabağ"a qalib gəldi - 3:2.
"Football-plus.az" xəbər verir ki, Rumıniya təmsilçisinin baş məşqçisi Elias Xaralambous oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Çox sevinirəm. Oyunçularımla fəxr edirəm. Lazım olan 3 xalı qazandıq. Bizi çətin oyunun gözlədiyini bilirdik. Sözün əsl mənasında çətinlik çəkdik və bəhrəsini gördük. Futbolda bəzən bəxt amili də önəmlidi. Məncə, 3 qolla 3 xala nail olmağımızın səbəbləri arasında bu amil də var. Qol buraxdıqdan sonra hesabı bərabərləşdirməyi bacardıq və üçüncü qol sayəsində qələbəni "sığortaladıq".
- "Qarabağ"ın künc zərbəsindən qollar buraxması sizi təəccübləndirdimi?
- Biz istənilən ssenariyə hazır idik. Hər halda, bəxt amili də özünü göstərdi. "Qarabağ" hücumameyilli komandadı. Üstəlik, evdə oynayırdı. Topa sahibolmağı sevir. Bu məqamlara uyğun hazırlaşmışdıq.
- Olarunun yoxluğu komandaya necə təsir etdi? İşiniz nə dərəcədə çətin oldu?
- Olaru komandamızın döyünən ürəyidi. FKSB yüksək keyfiyyətli futbolçulardan təşkil olunub. Belə durumlarda çıxış yolu tapmaq vacibdi. Bu gün də belə etməyə çalışdıq.
- "Qarabağ" sizi hansısa məqamlarda təəccübləndirə bildimi?
- Bəli, "Qarabağ" haqda hər şeyi araşdırmışdıq. Düzü, hər şey gözlədiyimiz kimi oldu. "Qarabağ" güclü komandadı. "Ayaks" və "Lion"a qarşı çox yaxşı oyun sərgiləyiblər. Bu kollektiv yerli çempionatda da özünü yaxşı tərəfdən göstərir. Həm komandaya, həm də baş məşqçiyə hörmətim var.
- Növbəti matçda "Mançester Yunayted"ə qarşı oynayacaqsız. Bir həftə vaxtınız var. Qısa müddətdə komandanı fiziki cəhətdən hazırlamaq çətin olmayacaq?
- Bu matçdan əvvəl yerli çempiontda meydana çıxacağıq. Vaxtımız həqiqətən çox azdı. Ötən il Rumıniyada çempion olduq. Məncə, çox güclü komandayıq. "Mançester Yunayted"ə qarşı gözəl oyun sərgiləmək üçün əlimizdən gələni edəcəyik. Futbolda nəticələr dəyişə bilər. Sonda öz və komandam adından bütün azarkeşlərimizə bizi dəstəklədikləri üçün təşəkkür edirəm.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта