SİA xəbər verir ki, Rumıniyanın FKSB klubunun baş məşqçisi Elias Xaralambous UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri VII tur oyunundan sonra təşkil olunan mətbuat konfransında danışıb:
- Sınaq vəziyyətlərində əks hücumdan rəqib hazırlaşmışdı. Onların küncdən zərbələri sizi təəccübləndirdi?
- Biz hər bir vəziyyətə hazır idik. Sonda istəyimizə nail olduq. Bəxtimiz gətirdi. Biz çox hazırlıqlı idik. Həm evdə oynuyurdular, həm də əks-hücumlarda güclü idilər.
- Siz “Qarabağ”la 2015-ci ildə iki dəfə yoldaşlıq görüşü keçirmisiniz. O zamandan indiyənə komanda da hansı dəyişikliklər var?
- Bu mənim dönəmimdə baş verməyib. Ona görə nəsə deyə bilmərəm.
- Oyunçunuz Bolaru olmadan oyununuz necə keçdi?
- Bizim komandamız üçün əsas oyunçudur. Həll yolları tapdıq. Nəticədə də qələbəyə nail olduq.
- Hansısa sürprizlə qarşılaşdınız?
- Nə ümid edirdiksə, onu da gördük. Qeyri-adi nəsə baş vermədi. Biz əziyyət çəkdik. Çətin oldu. Avropadakı oyun stili bu du həmişə əziyyət çəkməlisən. “Qarabağ” daim Avropada da, yerli çempionatda çox güclü mübarizə aparır.
- Tom bu günkü oyunda nəyə görə yox idi?
- O xəstə idi. Bundan dolayı qızdırması var idi. Ona görə də oyuna çıxa bilmədi. Öz adımdan və oyunçularım adından azarkeşlərimizə təşəkkür edirəm.
- Növbəti matçınız “Mancester City” ilə olacaq. Qısa müddətdə komandanı toplamaq çətin olmayacaq?
- Bu oyundan qabağ bizi Liqada güclü bir oyun gözləyir. Vaxtımız azdır. Ondan sonra biz digər rəqib barədə düşünəcəyik. Böyük komanda ilə oynamağımız Rumıniya klubları adına böyük bir hadisədir.
Qeyd edək ki, aktivində 3 xalı olan "Qarabağ" pley-offa yüksəlmək şansını itirib. Komandanın yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəyi matç formal xarakter daşıyacaq.
Banuçiçək Hüseynli