Bakı, 24 yanvar, AZƏRTAC
UEFA Avropa Liqasının əsas mərhələsində VII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə 16 qarşılaşma keçirilib.
“Mançester Yunayted” İngiltərədə Şotlandiyanın “Reyncers" klubunu 2:1 hesabı ilə məğlub edib.
İngiltərənin digər təmsilçisi "Tottenhem" isə Almaniyada "Hoffenhaym"ı üstələyib - 3:2. “Tottenhem” komandası Almaniyada “Hoffenhaym”ın qonağı olacaq.
UEFA Avropa Liqası, Liqa mərhələsi, VII tur
“Fənərbağça” (Türkiyə) - “Lion” (Fransa) - 0:0
“Qarabağ” (Azərbaycan) – FKSB (Rumıniya) - 2:3
“Malmö” (İsveç) - “Tvente” (Niderland) - 2:3
“Budyo Qlimt” (Norveç) - “Makkabi” (Təl-Əviv, İsrail) - 3:1
“Portu” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) - 0:1
"AZ Alkmaar” (Niderland) - “Roma” (İtaliya) - 1:0
“Viktoriya” (Çexiya) - “Anderlext” (Belçika) - 2:0
“Hoffenhaym” (Almaniya) - “Tottenhem” (İngiltərə) - 2:3
“Elfsborq” (İsveç) - “Nitsa” (Fransa) - 1:0
“Ayntraxt” (Almaniya) - “Ferentsvaroş” (Macarıstan) - 2:0
“Union” (Belçika) - “Braqa” (Portuqaliya) - 2:1
PAOK (Yunanıstan) - “Slaviya” (Çexiya) - 2:0
“Latsio” (İtaliya) - “Real Sosyedad” (İspaniya) - 3:1
“Mançester Yunayted” (İngiltərə) - “Reyncers” (Şotlandiya) - 2:1
“Ludoqorets” (Bolqarıstan) - “Midtülann” (Danimarka) - 0:2
RFS (Latviya) - “Ayaks” (Niderland) - 1:0
Qeyd edək ki, VII turun açılış matçında Türkiyənin “Qalatasaray” komandası evdə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə məhsuldar heç-heçə edib – 3:3. Türkiyənin digər təmsilçisi “Beşiktaş” isə doğma meydanda İspaniyanın “Atletik” kollektivini 4:1 hesabı ilə üstələyib.