Suriyanın şimalında, Hələb əyalətinin Mənbic şəhərində partlayış baş verib.
Demokratikmusavat.comxəbər verir ki, bu barədə “Al Ekhbariya” telekanalı məlumat yayıb.
Telekanal qeyd edib ki, minalanmış avtomobil Mənbicdən Hələb şəhərinə (eyni adlı əyalətin inzibati mərkəzi) gedən yolda partladılıb.
Partlayış nəticəsində 5 nəfərin yaralandığı bildirilir. Hadisənin digər təfərrüatları açıqlanmır.(Report)