“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin VII turunda FCSB-ya uduzduqları matçdan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, müdafiəçi “CBC Sport”a açıqlamasında 2:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Azarkeşlərimiz sayları az olsa da, bizi tək qoymadı, sona qədər dəstək oldular. Oyundan danışacaq çox söz yoxdu. Bu il hədsiz qol imkanlarımız oldu, yararlana bilmədik. Əvəzində rəqiblər fərqləndi. Faciə kimi qəbul etməməliyik. Gələn il daha yaxşı çıxış edib, qələbə qazanmağa çalışacağıq.
Rəqib standart vəziyyətlərdən yaxşı yararlana bildiyini bilirdik. Buna hazırlaşmışdıq. Yenə də diqqətli olmalı idik. Daha çox işləməliyik.
Növbəti matçdan – “Olimpiakos”la görüşdən gözləntimiz odur ki, yaxşı, gözəl oyun oynayaq. Düzdür, oyun mühüm əhəmiyyət kəsb etmir. Yaxşı, gözəl oyunla yadda qalmaq istəyirik”.