RU

Xıdırlıda kommunikasi sistemlərinə 30 milyon manat xərclənəcək

Ağdam Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinə 29.983.233,73 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat yerləşdirilib. 
 
Tenderin qalibi isə "KÖRPÜ-BİNA-TİKİNTİ"  MMC-dir. 
 
Qalib şirkət dövlət qeydiyaytına 2001-ci ildə alınıb və nizamnamə kapitalı 300000.00 AZN-dir. 
 
Şirkətin qanunu təmsilçisi Xaliq Göyüşov Avdil oğludur. 
 
Ümumilikdə Ağdamda 11 kəndin təməli qoyulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 
 
Prezident İlham Əliyev oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub. 


Gülnar Nazimqızı

 


www.anews.az
Избранный
11
anews.az

1Источники