RU

Con Retkliff MKİ direktoru kimi and içib

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Con Retklifin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsində and içdirib.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mərasimdə iştirak edən Mətbuat xidməti məlumat yayıb.

Mərasim zamanı ABŞ-nin vitse-prezidenti Retkliffi vətənpərvər adlandırıb və həmçinin “prezident Donald Trampın etimadından” bəhrələndiyini bildirib. Vens həmçinin zarafatla deyib ki, MKİ-nin yeni rəhbəri cavab çıxışı etməməlidir, çünki “onun beynindəki hər bir məlumat məxfidir”.

Qeyd edək ki, ABŞ Senatı daha əvvəl Con Retkliffi MKİ-nin rəhbəri vəzifəsinə təsdiq edib. Onun namizədliyini 74 senator dəstəkləyib, 25-i isə əleyhinə səs verib.

Избранный
2
33
ikisahil.az

10Источники